Xərçəngi 10 il əvvəlcədən aşkar edən test hazırlandı

Yeni test xərçəng xəstəliyini 10 il əvvəl aşkar etməyə imkan verəcək.
Suonsi Universiteti alimləri xərçəngin ilk əlamətinin eritrositlərdə (qan hüceyrələri) olan mutasiya olduğunu aşkarlayıblar. Bu mutasiyalar xəstəliyin əsas simptomlarından xeyli əvvəl əmələ gəlir.
Alimlər mutasiyaları aşkar edən sadə qan testi hazırlayıblar. Bu test bir neçə saat ərzində orqnizmdə xərçəng mutasiyalarının olub-olmadığını dəqiqləşdirir.
Test artıq xərçəng xəstələri üzərində yoxlanılıb və müsbət nəticələr göstərib. (Medicina.az)







