İnsan arıqlayan zaman nə baş verir?
Uzun illər boyu diyetoloqlar "az ye, çox arıqla" qaydasına əsaslansalar da, hər şey o qədər sadə deyil.

Arıqlamağa mane olan əsas səbəblərdən biri hormonlardır.
Hormonlar sizin arıqlamaq cəhdlərinə təsir edə bilir, lakin onlara da təsir etmək mümkündür.
Bəs arıqladıqda hormonlarınızla nə baş verir?
Gent.az bilmədiyiniz 4 faktı açıqlamaq istəyir:
1. Siz daim yemək haqqında düşünürsünüz. Bunun səbəbi qrelin hormonudur. Bu hormon mədədə ifraz olunur və enerji təchizatına cavabdehdir. Uzun müddət yemədikdə o, beyinə aclıq siqnalları göndərir. Çəki itirdiyinizdə bu hormonun miqdarı kəskin artır və siz güclü aclıq hiss edirsiniz.
2. Yediyiniz zaman dayana bilmirsiniz. Doyma hissini piy hüceyrələrində ifraz olunan leptin idarə edir. Bədəndə yağ tükənməyə başladıqda bu hormon işə qarışır, ona görə də nə zaman yeməyi dayandırmaq lazım olduğunu anlamaq çətinləşir.
3. Metabolizm yavaşlayır. Hormonlar kalori yandırmağa təsir edir. Arıqlayan zaman onlar azaldıqda metabolizm də çox vaxt yavaşlayır.
4. Qarın böyüyə bilər. Paradoksal olsa da, tədqiqatlar göstərir ki, pəhrizlər (xüsusən də aclıq) stres hormonu olan və yağları qarına yönləndirən kortizol hormonunu artırır. Bundan başqa, kortizol artdıqda kalori yandıran əzələlər "əriyir", bu da metabolizmə daha bir zərbə vurur.
Amerikalı diyetoloq Karen Anselin sözlərinə görə, məhdudlaşdırıcı pəhrizlər hormonları "müdafiə rejimi"ndə çalışmağa və piy toplamağa vadar edərək arıqlama prosesini çətinləşdirir. Ona görə Ansel daha sağlam həyat sürmək üçün Aralıq dənizi və "DASH" (Dietary Approaches to Stop Hypertension - Hipertoniyanı dayandırmaq üçün pəhriz yanaşmaları) pəhrizilərini tövsiyə edir.(big.az)






