Sinir hüceyrələrini bərpa etməyin yolu

ABŞ-ın İllinoys Universitetinin tədqiqatçıları Parkinson xəstəliyi kimi bəzi neyrodegenerativ xəstəliklər zamanı zədələnmiş sinir hüceyrələrini bərpa etmək üsulunu tapıblar.

Tibb1 dəq oxu
Sinir hüceyrələrini bərpa etməyin yolu

Mütəxəssislər buna hüceyrələri peptidlərə məruz qoyaraq nail olublar.

Gent.az xəbər verir ki, tədqiqatın əsas obyekti uzun aksonlar (impulsları keçirən sinir) olur. Onlar zədələnəndə, iflicə qədər ciddi pozğunluqlara səbəb olan əzələ spazmına səbəb olur. Alimlər peptidlər adlanan xüsusi amin turşuları zənciri ilə insan kök hüceyrələrindən əmələ gəlmiş sinir hüceyrələrinə təsir göstərməyə qərar veriblər.

Təcrübə göstərib ki, bu maddə mitoxondrilərin (sinir hüceyrələrinin tərkib hissəsi) bölünməsini maneə törətməyə qadirdir, həmçinin hüceyrələrin bərpasına və daha çox zədələnməsinin qarşısını almağa imkan verir.

Alimlər ümid edirlər ki, onların təcrübəsi neyrodegenerativ genetik pozğunluqlar üçün yeni növ dərman və ya terapiyanın inkişafına gətirib çıxaracaq. (Report)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan