Çox tərləmək hansı xəstəliyin əlamətidir?
Güclü tərləmə şəkərli diabetin başlanğıcının ilk siqnalı ola bilər.

Lokal hiperqidroz ovuclarda, qolaltı, ayaqaltı və alında ola bilir.
Gent.az xəbər verir ki, endokrinoloq Heva Çeçoyeva bildirib ki, xüsusilə 40 yaşdan sonra qəfil belə tərləmələrin başlaması insanı şübhələndirməlidir:
"Ovucların və ayaqların aşırı tərləməsi şəkərdən ola bilər.
Ciddi gecə tərləmələri, limfatik düyünlərin böyüməsi, çəkinin azalması və iştahın itməsi zamanı mütləq təcili həkimə gedilməlidir. Çünki aşırı tərləmənin ən yüngül səbəbi şəkərli diabetdir".(medicina.az)







