Hansı siqaret çəkənlərdə ağciyər xərçəngi olmayacaq?

Alimlər hansı tip siqaret çəkən insanlarda ağciyər xərçəngi olması riskinin az olduğunu tapıb.

Tibb1 dəq oxu
Hansı siqaret çəkənlərdə ağciyər xərçəngi olmayacaq?

Eynşteyn adına Tibbi kollecin alimləri çox siqaret çəkənlərin DNT-si üzərində eksperiment aparıblar.

Gent.az xəbər verir ki, alimlər özləri də etiraf edir ki, siqaret, nikotin ağciyər xərçənginin əsas səbəbidir, amma bəzən 30 ilin xroniki siqaret çəkənlərində belə xərçəng əmələ gəlmir.

Qocalana qədər siqaret çəkməsinə baxmayaraq, ağciyərləri salamat qalan insanların DNT-si üzərində araşdırma aparıblar.

Onlar 14 nəfər heç vaxt siqaret çəkməyən 70-86 yaşlı, eləcə də ömrü boyu siqaret çəkən 44 nəfər yaşlı insanın ağciyərlərindən bronxoskopiya ilə epitelial hüceyrələr götürüblər.

Siqaret çəkənlər ildə 110-115 qutu siqaret çəkənlər idi.

Məlum olub ki, insanın siqaret çəkmə stajı və gün ərzində çəkdiyi qutu nə qədər çoxdursa, ağciyər hüceyrələrində bir o qədər çox mutasiya əmələ gəlir.

Mutasiyalar heç siqaret çəkməyənlərdə də baş verir, lakin siqaret çəkənlərdə bu proses daha sürətlə gedir.

Siqaret çəkənb yaşlı insanların ahıl yaşda hələ də xərçəng olmamasının səbəbi hansısa yolla orqanizmlərində siqaret qalığının, tüstüsünün detoksikasiyasınn getməsidir.

Onlarda iri mutasiyalar yaranmayıb və ya hansısa mərhələdə yaranması prosesi dayanıb.

Bəzi insanların DNT-sinin gücü özünü bərpa etməyə yetir və effektiv sistemləri var. Lakin bu sistem hər adamda eyni deyil.

Ona görə də gələcəkdə siqaret çəkənlərin detoksiyasının aparılması və ya DNT-sinin bərpası üzərində elmi araşdırma aparılmalıdır.(bakupost.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan