Saç boyaları xərçəng xəstəliyinə səbəb olur
Saçlar üçün boyaların təxminən 70 faizinin tərkibində insan orqanizmi üçün zərərli maddələr yer alıb.

Gent.az xəbər verir ki, tədqiqatlar göstərib ki, saçlar üçün boyaların şəxsi istifadəsi xərçəngin aşağıdakı növlərinin inkişafı riskini yaradır:
- Süd vəzisi xərçəngi;
- Limfoma:
- Xroniki limfoleykoz;
- Çoxsaylı mieloma.
Bəs bu riskləri azaltmaq üçün nə etməli?
Əlcəklərdən və ya qoruyucu kremdən istifadə edin:
İstifadə zamanı ventilyasiyanı yaxşılaşdırmaq üçün pəncərələri açın;
Duşun altında saçları diqqətlə yuyun;
Saçları yuyarkən məhsulun bütün bədənə yayılmasına icazə verməyin;
Boyaları heç vaxt təlimatda göstərildiyindən daha uzun vaxt saçlarda saxlamayın;
Saçların rənglənməsi arasında intervalları artırın. (aztibb.az)







