Yod çatışmazlığı nəyə səbəb olur?

Ölkənin şimal-qərb rayonları həm də yod çatışmazlığı olan bölgələrdəndir.

Tibb1 dəq oxu
Yod çatışmazlığı nəyə səbəb olur?

Yəni buranın torpağında, suyunda insan orqanizmi üçün vacib sayılan həmin kimyəvi maddə yetərincə deyil.

Bu da bir sıra xəstəliklərə, məsələn zobun yaranmasına səbəb olan əsas amillərdəndir. Bundan başqa dişlərin tez tökülməsi də yod çatışmazlığından irəli gəlir.

Gent.az xəbər verir ki, belə rayonlardan biri də Zaqataladır. Sakinlər deyirlər ki, yaşadıqları ərazidə yod çatışmazlığının olduğundan xəbərdardılar. Qarşısını almaq üçün tədbirlər də görürlər. Ancaq tədbirsiz qalanlar da var.

Həkim Endokrinoloq Günel Axundova deyir ki, qalxanabənzər vəz daha çox gündəlik yodun normadan az qəbul edilməsi nəticəsində yaranır. Ancaq bunun qarşısını bəzi qidaların qəbulu ilə almaq olar.

Günel Axundovanın sözlərinə görə,yod orqanizmdə digər xəstəliklərin də yaranmasına səbəb ola bilər.

Həkim bildirir ki, beləbölgələrdə yetişən digər meyvə və tərəvəzlərin də tərkibində yetərincə yod olmur. Ona görə də həmin ərazidə yaşayanlara həb şəkilində gündəlik yod qəbul etmək tövsiyyə edilir. Ancaq bu da mütləq həkim tərəfindən təyin olunmalıdır.(xəzərxəbər)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan