Burun tutulması xərçəngin əlamətidir?

Tibb1 dəq oxu
Burun tutulması xərçəngin əlamətidir?

Bəzən adi burun tutulmasi xərçəngin inkişafına işarə edə bilər.

Həkimlər bildirirlər ki, burunun bir neçə ay ərzində səbəbsiz olaraq tutulması burun-udlağın xərçənginin simptomu kimi meydana çıxa bilər.

Bundan əlavə xəstədə boyunda ağrılı şiş və qulağın tutulması kimi simptomlar da əmələ gələ bilər.

Təəssüf ki, burun-udlaq xərçəngi "lal" xərçəng sayılır. Bu səbəbdən xəstələrin əksəriyyəti yalnız gecikmiş mərhələdə buna fikir verir və həkimlərə müraciət edirlər.

"Unikal" xəbər verir ki, yuxarıda burun-udlaq xərçənginin bu kimi simptomları var:

- Boyunda 3 həftə ərzində keçməyən şişkinlik.

- Bir qulaqda eşitmənin azalması.

- Qulaqlarda küy.

- Burun qanaxması.

- Baş ağrıları.

- İkili görmə.

- Udmanın çətinləşməsi.

- Səsin tutulması, xırıltılı olması.

- Bədən çəkisinin azalması. (Unikal.org)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan