Prostat xəstəliyi tromboz yaradır
Orta və yaşlı kişilərdə prostatit, prostat şişləri əlavə olaraq tromboz riskini də 50 artırır.

Bu barədə İsveç Uppsal universitetinin alimləri bildirib.
Gent.az xəbər verir ki, venoz tromboemboliya prostat şişləri olan kişilərin əsas ölüm səbəbidir.
Alimlər bildirir ki, bu xəstələri xərçəngdən çox trombun qoparaq damarları tıxaması səbəb olur.
Alimlər elmi araşdırmada 92 min prostat xərçəngi və 466 min xərçəngi olmayan kişilərin tibbi məlumatlarını analiz ediblər.
Venoz trombozla birinci qrupdan 4%-ə qədər kişi, ikinci qrupdan isə 2% üzləşib.
Hər 1000 xəstə kişidən 7-8-də venoz tromboemboliya baş verib.
“Prostat xərçəngi, şişləri olan kişilərin digər xəstəliklərə nisbətən daha çox tromboz olma riski var. Bu xəstələri müalicə edən həkimlər təhlükəni nəzərə almalı, diaqnoz qoyulandan sonrakı 1 ildə tromboemboliyanın müasir diaqnostikası və qarşısının alınması ilə məşğul olmalıdır. Bu xəstələri çox zaman erkən öldürən şiş yox, tromb olur”, - deyə müəlliflər bildirib.
Qarşısını almaq üçün adətən siqaretdən imtina, bol maye, gəzmək, antikoaqulyantlar – qandurulducular içmək tövsiyə olunur.(bakupost.az)







