Yaş çimərlik geyimini əyində qurutmaq zərərlidir

Dəniz kənarında və hovuzdan sonra yaş çimərlik geyimində uzun müddət gəzmək, oturmaq bir çox xəstəliklərə səbəb ola bilər.

Tibb1 dəq oxu
Yaş çimərlik geyimini əyində qurutmaq zərərlidir

Bu barədə həkim ginekoloq Qayana kaloeva bildirib.

Gent.az xəbər verir ki, o, xüsusilə uşaqları, qızları, qadınları yaş alt geyimində qalmağın zərərləri barədə xəbərdar edib.

"İsti havada yaş çimərlik geyimini bədəndə saxlamaqla qurutmaq bir çox soyuqdəymə, iltihabi və ginekoloji xəstəliklərə yol açır.

Qadınlar sidik kisəsi, yumurtalıq iltihabı, sistit ola bilər. Kiçik çanaq orqanlarında hər hansı problem varsa, onlar kəskinləşə bilər. Qız uşaqlarının əynində ümumiyyətlə yaş paltar qalmamalıdırı.

Çimərlikdə saatlarla yaş geyimdə qalmaq olmaz. Ən yaxşısı bikini seçin, çimdikdən sonra alt hissəni çıxarıb, dəyişin. Əynimdə quruyacaq, istidir heç nə olmaz fikri yanlışdır".(bakupost.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan