Yaponiyanın Fiziki və Kimyəvi Tədqiqatlar İnstitutu (RIKEN) saç tökülməsinə qarşı tarixi üsul kəşf edib.
Gent.az "Scientific Reports" elmi jurnalında dərc olunan məqaləyə istinadən xəbər verir ki, alim Takaşi Tsuinin rəhbərlik etdiyi bir qrup tədqiqatçı saçın kök hüceyrələrinin bərpası üçün üsullar tapmağa çalışıb.
Alimlər bunu etmək üçün müxtəlif mühitlərdə siçan tüklərinin kök hüceyrələrini və bığ vəzlərini yetişdiriblər. 220 fərqli tərkibli kombinasiyanı sınaqdan keçirən zəka sahibləri, hüceyrələrin müəyyən bir kollagen növü ilə örtülməsi zamanı (NFFSE mühiti) beş maddənin qarışığından alınan nəticəni kəşf ediblər.
İnsanlarda və digər məməlilərdə saç böyüməsi, fərdi tüklərin böyüdükdən sonra tökülərək yenidən böyüdüyü prosesə çevrilib. Belə ki, NFFSE mühitindəki kök hüceyrələrdən yetişən saç vəzlərinin 100-də 81-i ən azı üç mərhələdən keçərək "sağ" qalır. Digər vəzlərin 100-də 79-u saçlar töküldükdən sonra böyüməyi dayandırır.
Takaşi Tsuinin dediyinə görə, bu üsul yaxın gələcəkdə follikulyar rejenerativ terapiyanın gerçəkləşdirilməsinə kömək edəcək.
O, həmçinin yeni zellandiyalı qidalanma mütəxəssisi Rayan Ramanın saç tökülməsinə qarşı olan resepti barədə də danışıb:
"Rayan Raman əvvəllər saç tökülməsinə qarşı mübarizə aparan məhsulların adını açıqlamışdı. Mütəxəssis saç tökülməsində avokado yeməyin yaxşı olduğunu iddia edir. Ancaq bir avokado, E vitamini üçün gündəlik tələbatın təxminən 100-də 20-sini özündə ehtiva edir"