Həftədə 40 saatdan artıq işləyənlərdə depressiya əmələ gəlir

Gənclərdə və ofis işçilərində depressiyanın bir səbəbi də normadan artıq iş saatıdır.

Tibb1 dəq oxu
Həftədə 40 saatdan artıq işləyənlərdə depressiya əmələ gəlir

Stresli işdə əlavə olaraq iş saatlarının da artıq olması depressiyanı 2 dəfə artırır.

Gent.az xəbər verir ki, bu nəticəyə Miçiqan universitetinin alimləri gəlib.

Qeyd olunub ki, həftəlik norma hesab olunan 40-45 saatdan artıq iş saatı depressiyanı 2-3 dəfə yüksəldir

Bəzən gənclər işdə həftədə 60-70 saat vaxt keçirir, əlavə iş saatları işləyir, ikinci növbə iş düşünür.

Amma işə nə qədər çox saat sərf edirsizsə, depressiya simptomları şkala üzrə bir o qədər yüksəlir.

Çox işləyənlərdə bu və ya digər formada psixi pozulmalar diaqnoz olunur, iş o həddə çatır ki, onlara professional müalicə laızm olur.

Xüsusən həkimlərdə və gecə növbəsi çalışanlarda yorğunluq və depressiya daha çox rast gəlinir.

Hansı növbədə necə işləyirsizsə işləyin, həftəlik 40-45 saatı aşmayın.(medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan