Saç tökülməsi hansı orqanla bağlıdır?

Saçların tökülməsinin səbəbləri içində çox insanların diqqət ayırmadığı bir səbəb qaraciyərin sağlamlığında problemin ola bilməsidir.

Tibb1 dəq oxu
Saç tökülməsi hansı orqanla bağlıdır?

Gent.az xəbər verir ki, həkim İrina Yuzup saçlardakı problemin həzm sistemi orqanları və qaraciyərlə əlaqəsini izah edib.

"Saçların uzanması və keyfiyyətinə qaraciyər və ödün təsiri var.

Öd yaxşı işləmədikdə qidalı maddələr sovrulmur. Bu da saç hüceyrələrinin vitaminsiz qalması deməkdir. Ona görə də saçların tökülməsinə qarşı bu iki orqanın işini yoxlayın.

Bundan əlavə saçlar keçirilən infeksion xəstəliklərin əks təsirindən də yıprana bilər. Bunlara qrip və postkovid alopesiya misaldır.

Eləcə də bəzi hormonal dərmanlar və antidepressantlar da saçları tökə bilər.

Saçların tökülməsi ilə şampun və maska ilə yox, daxildən səbəbi tapmaqla məşğul olun".(medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan