Alimlər müəyyən ediblər ki, 40 yaşdan yuxarı kişilərdə sperma konsentrasiyası iki dəfə azalıb.
Gent.az xəbər verir ki, təcrübədə 56 ölkədən 153 kişi iştirak edib. Məlum olub ki, orta konsentrasiya 1973-2018-ci illər arasında ml başına 101,2 milyondan 49 milyona düşüb.
Alimlər 1972-ci ildən bu yana aparılan digər araşdırmaları və statistikaları da təhlil ediblər. Üzə çıxıb ki, sperma konsentrasiyası ildə 1,16% azalır. Lakin onlar yalnız 2000-ci ildən toplanmış məlumatlara baxdıqda, azalma ildə 2,64% təşkil edib. Bu, kişilərin sperma sayında son vaxtlar daha sürətli azalma olduğunu göstərir.(bakupost.az)