Hansı xalları götürülməlidir?

İnsan bədənində olan xalların bir çoxu sonradan təhlükə riski daşıyır.

Tibb1 dəq oxu
Hansı xalları götürülməlidir?

Gent.az xəbər verir ki, həkim Cəvahir Abdullayeva xalların xarakteristikasına görə götürülməsindən danışıb.

"Xallar bədəndə uşaqlıqdan, anadangəlmə ola bilər, insan öz xallarını yaxşı tanıyır, amma son zamanlar bu xallarda gözlənilmədən dəyişiklik baş verirsə, bu xallar yoxlanılıb və götürülməlidir.

Həcmi böyüyən, tündləşən, qaşınan, qabıqlanan, kobudlaşan xallar nə qədər tez götürülsə o qədər yaxşıdır.

Xaric olunan xallar mütləq histoloji müayinə olunub, bədxassəliliyi yoxlanmalıdır.

Xalların böyüyü-kiçiyi olmur. Çox vaxt iri xallar təhlükəsiz, kiçiklər bəd ola bilir.

Bu müayinə və proseduru onkoloq dermatoloq edir. Ümumiyyətlə, xalları olan insan 1-2 ildən bir onları yoxlatmalıdır".(bakupost.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan