Səhiyyə Nazirliyi bu şəxsləri peyvənd olunmağa çağırıb

"Qrip peyvəndi olunmuş şəxslər xəstələnsələr də, ağırlaşamlar olmur".

Tibb1 dəq oxu
Səhiyyə Nazirliyi bu şəxsləri peyvənd olunmağa çağırıb

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.

Gent.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə də risk qruplarına daxil olanlar qrip əleyhinə peyvənd olunmalıdırlar:

"5 yaşa qədər olan uşaqlar, hamilə qadınlar, 60 yaşdan yuxarı olanlar, böyrək, qaraciyər, şəkər xəstəliyi olanlar daha çox risk qrupuna daxildirlər".

O qeyd edib ki, risk qrupuna daxil olmayanlar, yüksək temperaturu olduğu halda, iki-üç gündən sonra yaxşılaşmasa, həkimə müraciət etməlidirlər:

"Risk qrupuna daxil olanlar isə ilk gündən həkimə müraciət etməlidirlər. Əgər xəstədə nəfəs alma ilə bağlı problem yaranıbsa, təzyiqi düşürsə, nevroloji hallar ortaya çıxırsa, mütləq həkimə müraciət etməlidir".(APA)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan