Çünki insan eyni ritmdə yaşamağa davam etməyə çalışır, bununla da simptomları ağırlaşdırır.
Gent.az xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, allerqoloq-immunoloqu Darya Jukova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, bədən istiliyinin artması ilə infeksiyaya qarşı immunitetin işi aktivləşir, həm də patogenlər özləri zəifləyərək ölürlər.
İmmunoloq bildirib ki, titrəmə, tərləmə, əzələ və oynaq ağrıları, ümumi zəiflik, yorğunluq, baş ağrısı kimi ümumi simptomlar bakterial və virus toksinlərin təsirinin nəticəsidir.
"Görünən simptomlar nadir hallarda hərarətlə bağlı olur", - deyə o bildirib.
Həkim onu da qeyd edib ki, insanların 37-37,5 temperaturun yüksək hərarətdən daha pis olduğunu düşünməsinin səbəbi sırf psixolojidir.
"Aşağı temperaturda insanın işləməyə, oxumağa, aktiv vaxt keçirmək üçün iradəsi var, beləliklə xəstələr eyni ritmdə yaşamağa davam etməyə çalışırlar. Ancaq bu, xəstəliyin əlamətlərini artırır, hətta adi tapşırıqları yerinə yetirmək çətinləşir", - deyə Jukova bildirib.
Həkim əlavə edib ki, buna görə də ayaqüstü yüngül hərarət yataqda keçirilən yüksək temperaturdan daha pis təsir edir. (Oxu.az)