Yəni bu tez-tez sauna və isti vanna qəbul edən kişi kateqoriyasına aiddir.
Gent.az xəbər verir ki, uroloq- androloq Hüseyn Sadıxov saunadan tez-tez istifadə və isti vanna qəbul etməyin kişilərə zərərli olacağını açıqlayıb.
Kişi tez-tez isti vanna qəbul edərsə, xaya toxumasının fəaliyyəti pisləşir, bu da sperma keyfiyyətinin azalmasına və kişi sonsuzluğunun inkişafına səbəb olur.
Həkim müsahibəsində bildirib ki, isti vanna və saunalar kişi sonsuzluğuna səbəb olur, xayaların vəziyyətinə mənfi təsir göstərir. Sadıkov, xayaların mövcud olduğu temperatur rejiminin 34 dərəcə (selsi) olduğunu izah etdi.
Kişi bədənində, xüsusən də qasıq zonasında yüksək temperaturun tez-tez və uzun müddətə məruz qalması libidonu azalda bilər ki, bu da Leydig hüceyrələri tərəfindən testosteron istehsalının davamlı azalması ilə əlaqələndirilir.
Beləliklə tez-tez saunaya, hamama baş çəkən və ya daim isti vanna qəbul edən kişilər üçün erektil disfunksiya inkişaf etdirmək üçün ciddi risk var.
Ümumiyyətlə isti vanna qəbulu yaxud isti su ilə duş almaq insan orqanizmisinə mənfi təsir göstərir. Əsas da qan – damar sisteminin genişlənməsinə gətirib çıxardır.(medicina.az)