Hansı qan qrupu olan insanlarda ürək zəifliyi var?

Ürək xəstəliyi riski insanın qan qrupu ilə bağlı ola bilər.

Tibb1 dəq oxu
Hansı qan qrupu olan insanlarda ürək zəifliyi var?

Bu barədə Harvard İctimai Səhiyyə Məktəbinin alimləri danışıb.

Gent.az xəbər verir ki, alimlərin açıqlamasında bildirilib ki, genişmiqyaslı araşdırma zamanı ekspertlər 20 il ərzində izlənilən 89 550 könüllünün məlumatlarını araşdırıblar. Məlum olub ki, II, III, IV qan qruplarından olan insanların I qrupun daşıyıcıları ilə müqayisədə ürək-damar xəstəliklərinə tutulma riski daha yüksəkdir.

Bundan əlavə, IV qan qrupunun eksperiment iştirakçılarında ürək-damar xəstəliklərinin inkişaf riskinin də yüksək olduğu müəyyənləşdirilib.

Beləliklə, IV qrup olan insanların ürək xəstəliyinə tutulma ehtimalı 23% daha çoxdur. Eyni zamanda, III qrupun daşıyıcıları üçün bu göstərici yarıya qədər - 11%, II qrupun nümayəndələri üçün isə cəmi 5% təşkil edir.(publika.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan