Daz kişilər infarkta meyilli olur

Həkimlər genetik olaraq infarkt və insulta meyilli kişilərin ümumi cəhətlərini açıqlayıblar.

Tibb1 dəq oxu
Daz kişilər infarkta meyilli olur

Gent.az xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikov daz və keçəlləşməyə meyilli kişilərin daha çox infarkt və insulta meyilli olduğunu bildirib.

“Çünki tüklərin tökülməsi damarlarda aterosklerozun olmasını göstərir.

Eləcə də sutkanın müxtəlif vaxtlarında yuxuya gedən, gecə yuxusunu normal almayan, çox az yatan insanlarda da insult riski yüksəkdir. Bu adamların damarlarında 2 dəfə artıq xolesterin tıxacları yarana
bilir.

Orqanizmi infarkt, insultla üz-üzə qoyan digər məqam qalxanvari vəzlə problemdir. Çünki hormonlar xolesterin sintezində rol oynayır. Əgər vəz zəif işləyirsə, orqanizm kompensasiya məqsədilə xolesterini aktiv şəkildə ehtiyata yığır.(medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan