Gent.az xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya stresin ağla gəlməyən əlamətlərini açıqlayıb.
“Məsələn, öskürək güclü stresin gizli simptomudur. Orqanizm stress hormonlarının təsiri ilə yardım siqnalı verir. Təzyiq qalxır, ürək döyünməsi çoxalır, yumşaq əzələlərin spazmı baş verir. Əsəbdən qarında güclü ağrı da ola bilir.
Çünki stress zamanı həzm orqanlarında qan dövranı pozulur, peristaltika zəifləyir.
Buna görə mədə şirəsi ifrazı pozulur. Xroniki stresdə olan insanda daim həzm pozuntusu, boğazda düyün hissi, disbakterioz olur.
Spazm və selikli qişaların daim quruması səbəbindən burun tənəffüsü pozulur, quru öskürək yaranır. Ona görə bu simptomları olanlar mütləq nevroloji müalicə almalıdır”.(medicina.az)