Gent.az xəbər verir ki, toksikoloq Mixail Kutuşov rasiondakı səhvlərin acı nəticələrindən danışıb.
“Rasionda hər gün yağsız, zülal tərkibli qidalar olmalıdır: quş, toyuq, balıq əti, süd məhsulları, yumurta.
Orqanizm zülalı artıq səhər, ilk qida qəbulundan almalıdır.
Ona görə səhər sıyıqlar, şirniyyatlar yox, yumurta, pendir, bir tikə file yemək lazımdır.
Bunlar yağsız hazırlanmalıdır.
Qan qatı olanda varikoz, tromboflebit, stenokardiya və infarkt, insult yaranır.
İkinci səbəb təmiz su, maye çatışmazlığıdır. Yuxudan oyanan kimi böyük stəkanda isti təmiz su içmək lazımdır.
Yuxu zamanı orqanizmdə qanın dövranı azalır və qan qatılaşır.
Ürək məcbur olub bu qatı qanı qovur və yüklənir.
Gün ərzində qəbul etdiyiniz duz və şəkərə də diqqət edin, onlar da qanı qatılaşdırır”.(medicina.az)