Bu soyuq günlərdə bir çox insan özünü qrip kimi xəstəlikdən qorumağa çalışır.
Lakin bütün cəhdlərə baxmayaraq onu tutanlar da olur. Terapevtlər belə olduğu nəyi etməməyi məsləhət görürlər:
Ən vacib və birinci qayda: qrip kimi xəstəliklərdə antibiotik qəbul etmək qətiyyən olmaz. Onlar başqa xəstəliklərin müalicəsi üçün nəzərdə tutulub. Bundan əlavə bağırsaqlarımızda olan bakteriyaya mənfi təsir edərək, imunitetimizi aşağı salır. Beləliklə, qrip zamanı anibiotik vəziyyəti daha da pisləşdirir.
İikinci mühü səhv – 38 dərəcədən yuxarı qalxmayan temperaturu aşağı salmağa cəhddir. Bilirik, ki hətta 37,3 dərəcəsi kişilər üçün cəhənnəm kimi görünə bilir, lakin imunitetin işə düşməsi üçün bu zəruridir.
Ona tez-tez aşağı endirməyə çalışdıqda orqanizm düşünür ki, hər şey qaydasındadır və xəstəliyə qarşı müqavimət göstərmir.
Həmçinin mütəxəssislər bəlğəmgətirici preparatlardan uzaq durmağı tövsiyyə edirlər. Belə preparatları gecə qətiyyən qəbul etmək olmaz, beş yaşınadək uşaqlarda isə ümumiyyətlə haxırmaq funksiyası olmur.
Həkimlərin sözlərinə insansaq, qripdən əziyyət çəkən zaman damardaraldan damcılardan da istifadə etmək lazım deyil. Çünki onu qəbul etdikdə bədəndə öyrəşmə effekti yaranır, damardaraldıcı effekt isə bütün bədənə yayılır. Problemli damarlara sahib olan insanlarda isə bu ciddi riskə səbəb olur.