Ziyanlı şeylər həmişə təsir edir. Dərmanlar isə bəzən isə heç soyuqdəymədə kömək olmur.
Lakin onların məqsədi var və incə mexanizmə sahibdirlər. Onlardan fayda görmək üçün mane olmamaq lazımdır. Əczaçıların məsləhətlərinə qulaq asın.
1. Qreypfrut şirəsi, süd, çay, kofe, kakao, spirt. Bunlar biznes-klasla uçuşun bir hissəsi deyil. Dərmanları sadalananlarla içmək olmaz. Qreypfrutun flavonoidləri, kofein, kazein və etanol həm dərmanın özünə, həm də onu parçalayan qara ciyər fermentlərinə təsir edə bilər.
2. Antibiotikləri müəyyən saatlarda qəbul etmək qaydası elə-belə deyil. Mütəmadi qəbul bədəndə dərmanın konsentrasiyasını təmin edir – bu həm bakteriyaların, həm də onların sporlarının məhv olması üçündür. Qeyri-mütəmadi qəbul isə onları məşq etdirir və dərmana qarşı dayanıqlıqlarını artırır.
3. Bütün annotasiyalarda dərmanları nə zaman – yeməkdən öncə, sonra və yemək zamanı qəbul etmək haqda göstəriş var. Dərmanı yemək zamanı qəbul etdiyiniz zaman belə çalışın yulaf aşı, qarabaşaq və ya tərəvəz salatı yeməyin. Çünki bu qidalar dərmanın bir hissəsini yox edir və səmərələliyini aşağı salır.
4. Dünyada təxminən 2500 fəal maddə qeydə alınıb. Əgər əczaçılar onların hamısının uyğunluğunu yoxlamağa qalxsalar bütün laboratoriya siçanları öləcək, diri qalanları isə sizəpokerdə qalib gələrək dənizdə üzməyə uçacaqlar. Çünki beş preparatdan çoxunun uyğunluğu qeyri-müəyyəndir. Bu normanı aşmayın.
5. Əgər həksim sizə monoaminoksidaza inqibitorları qrupundan olan antidepressant yazıbsa, qida rasionunuzdan banan, pendir və şokoladı çıxardın. Çünki onların tərkibində olan tiramin damarları daraldır. MAO inqibitorları onun parçalanmasına mane olur və nəticədə insan insultla qarşılaşa bilər
6. Özünüzü yaxşı hiss edən kimi preparatı atmayın. Bu düşməni tank və minaatanlarla səngərdən çıxarıb, təpənin digər tərəfinə qovduqdan sonra döyüşü dayandırmağa bənzəyir.