Bilirsən ki, aspirini gilas şirəsi ilə içmək olmaz, energetik isə zökəmə qarşı damcılar ilə uyuşmur?
Sənə hazırlanması məsləhət görülməyən “kokteyllər” siyahısını təqdim edirik.
1.Energetik və zökəmə qarşı damcılar
Bir çox energetikin tərkibində fərahlıqla birgə damarları darlaşdıran quarana var. Zökəmə qarşı damcılar da eyni funksiyanı daşıyır. Bunların ikisini qarışdırqda insult riski ilə üz-üzə qala bilərsən.
2. Spirtli içki və trixopol
Əgər bədənindən trixomonada bakteriyalarını çıxarmaq üçün trixpol içirsənsə spirtli içkilərdən uzaq dur. Əks təqdirdə səni iti qarın ağrıları və dəhşət dərəcədə yüksək təzyiq gözləyir.
Buna “antabus effekti” deyilir: dərman bədəndə spirti parçalayan fermenti bloklayır və orqanizmdə zəhərli asetaldehid yığılmağa başlayır.
3. Qaxotu çayı və antidepressantlar
Bəzən angina və miqren zamanı içildiyinə baxmayaraq qaxotunun özü də antidepressantdır. Məsələ ondandır ki, MAO inqibitorları qrupuna aid antidepressentlarla qarışdıqda o, böyrək çatışmazlığına və hətta infarkta yol aça bilər.
4. Aspirin və gilas şirəsi
Gilas şirəsində salisilatlar olur. Aspirinin elmi adı isə estilsalisil turşusudur. Onların adlarının oxşar olması təsadüfi deyil: gilas salisilatları aspirin kimi qanı duruldur, paralel olaraq isə mədənin selikli qişasını zədələyir. Onları bir yerdə qəbul etsən qısa zamanda mədə xorasını təmin edəcəksən.
5. Qreypfrut şirəsi və hər şey
Bir çox insan bilir ki, qreypfrutu xolesterini azaldan preparatlarla qarışdırmaq insanı o dünyalıq edə bilər. Lakin araşdırmalar göstərir ki, qreypfrut 20-dn çox başqa preapartla qarışdırıldıqda gözlənilməyən effekt veə bilər. Ona görə də onu heç bir dərman vasitəsi ilə qarışdırma.
6. Parasetamol və parasetamol
Soyuqdəymə zamanı isti suda əriyən tablet dərmanları içirik. Bu xəstəliyə qarşı adi həblər də var. Adətən onların hamısında parasetamol var.
Bir parasetamolu başqa isə ilə qarışdırdıqda, mümkün olan gündəlik 4 qram dozasını aşmaq olar. Bu zaman sən öz qara ciyərinlə sağollaşa bilərsən.