Bu barədə professorun yaxınları məlumat verib.
Gent.az xəbər verir ki, T.Əliyev ötən gün qəfl vəfat edib: “Təzyiqdən əziyyət çəkirdi. Dünən qəfldən təzyiqi aşağı düşdü və qaldıra bilmədik”.
T.Əliyev Ukrayna İnşaat Akademiyasının akademiki (2000), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru (1996), Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki (2008) idi.
Mərhum Memarlıq və İnşaat Universitetinin İnşaat mexanikası kafedrasının professoru olub.(Hit.az)