"Aqata" şirkəti yeni əşyasını təqdim edib.
Şirkət bu dəfə ağıllı tualeti istifadəyə verib. İstilik və hava sistemi iə təmin olunan tualet avtomatik təmizlənmə xüsusiyyətinə sahibdir. "Aqara H1" adlanan əşya stressi azalda bilir və normadan 20 faiz daha genişdir. Tualet isti su ilə də təchiz edilib və hava ilə qurutmaq imkanı var. Qeyd edək ki, bu funksiyalar avtomatik yerinə yetirilir. Cihazın fəaliyyətini mobil tətbiq vasitəsilə də izləmək olur.
Şirkət cihazın məbləğini də açıqlayıb. Ağıllı tualet 1550 dollar qiymətindədir.