Profilləriniz sizin haqqınızda nə deyir?

Elm1 dəq oxu
Profilləriniz sizin haqqınızda nə deyir?

Qərəzli olmamaq lazımdır, istisnalar həmişə var. Amma sosial şəbəkə profillərinizdə nəyi nə qədər əks etdirdiyiniz sizin haqqınızda ilk təəssüratı yaradır. Bu yazımızda qadınların sizin profilləriniz haqqında düşüncələrini paylaşacağıq:

Səhifənizin sadəcə selfilərlə dolu olması

Sosial şəbəkə profillərinizdə ancaq selfi paylaşmaq həyatın, dünyanın sizin ətrafınızda  döndüyünə işarə edir. Qadınlar isə münasibət qurduqları kişilərin həyatlarında başqalarına da yer verə biləcəklərini görmək istəyirlər.

Üzünü paylaşmayan kişilər

Heç öz fotoşəkillərinizi paylaşmadığınız zaman qarşı tərəfin ağlında suallar yaranır. Özünüzü ifrat dərəcədə sevməyə bilərsiniz, amma sizin profillərinizdə sizin şəkilləriniz olmalıdır. Həyat tarazlıqdan ibarətdir, bir az həyatınızdan, bir az maraqlarınızdan, bir az da öz şəkillərinizdən paylaşmaq ideal olacaq.

Çox aktiv olmamaq

Bütün gün sosial şəbəkələrdə vaxt keçirməmək qadınlarda müsbət təəssürat yaradır. Sadəcə yaxınlarınızı izləmək, az şəkil paylaşmaq, hesabınızın gizli olması sizin göstəriş maraqlısı olmadığınıza və gizliliyə önəm verdiyinizə işarə edir. Qadınlar sosial mediadan çox həyatınızdakı anlara diqqət yetirməyinizi yüksək qiymətləndirirlər.

Davamlı hekayə paylaşmaq

Etdiklərinizi izləyicilərinizlə bölüşmək istəyi tamamilə normaldır, ancaq bunun da bir həddi var. Hər addımınızı, hər yeməyinizi, hər tətilinizi paylaşmaq qadınlar tərəfindən birmənalı qarşılanmır. Bu, sizin kimdənsə cavab gözlədiyiniz mesajını verir. Hər şeydə olduğu kimi hekayə paylaşımında da həddən artığından qaçmaq lazımdır. Bu şəkildə daha özünüzə inamlı və sirli görünəcəksiniz.

Materialist şəkillər paylaşmaq

Masadakı bahalı maşınınızın açarı, son model telefonunuz, marka kəmər, ayaqqabınız kadra təsadüfən daxil olmuş kimi göstərsəniz də, qadınlar həqiqəti bilir.  Onlar sizi kompleksli biri kimi tanıya bilərlər, odur ki, sosial şəbəkələrdə belə paylaşımlar etməkdən çəkinin.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan