Simsiz rabitə standartının növbəti nəsil çipləri məlumatların ötürülmə sürətini iki dəfə artıracaq.
Gent.az xəbər verir ki, “Wi-Fi 6” və “Wi-Fi 6E” standartlarının varisi simsiz rabitənin əhatə dairəsini də genişləndirəcək.
Köhnə qurğular yeni nəsil çipləri dəstəkləyəcək. Mütəxəssislər “Wi-Fi 7” çiplərinin 2-3 il ərzində təqdim edilməsini gözləyirlər.