İngilis mediası cütlüyün ayrılma səbəbləri ilə bağlı məlumatlar yaymağa davam edir.
Gent.az xəbər verir ki, Melindanın "Microsoft"un rəhbəri olan ərinin seks təcavüzdə adı hallanan Ceffri Epşteynlə münasibətindən xəbərdar olduğu iddia edilib. O, hər zaman Ceffrini dəstəkləyib.
"Vanity Fair" portalı Melindanın dedektiv tutaraq ərini izlətdirdiyini yazıb. Bildirilib ki, Bill tez-tez maşınların dəyişib. Buna səbəb isə arvadının gözündən yayınmaq olub. "Bəzən Qeyts işə qara maşınla gəlib, qızılı rəngdə "Porsche" ilə gedirdi. Düşünürük ki, bunlar onun başqa qadınlarla vaxt keçirdiyi ərəfədə yaşanıb" deyə, mənbə yazıb.
Melinda ərini güddüyünü inkar edib. O bildirib ki, nə evli olduqları, nə də ayrıldıqları ərəfədə belə addım atıb.(axşam.az)