İlon Mask izləyicilərinə insanların çipləşməsinin başlaya biləcəy bildirib.
Gent.az xəbər verir ki, Mask Neuralink layihəsi çərçivəsində meymunun çipləşdirilməsindən sonra insanlar üçün də neyro interfeys testlərinin keçiriləcəyini deyib. O, bu prosesin bu ilin sonunadək başlanacağını vurğulayıb.
Mask şirkətinin inkişafının iflic, beyin zədəsi və yaddaş itkisi olan insanların normal həyata qayıtmasına kömək edəcəyindən əmindir.
Sözügedən implant insan başında tamamilə görünməz olacaq. Çipləşdirildikdən sonra insanda yalnız kiçik çapıq qala bilər.
Maskın insan beyninə çiplər yerləşdirmək planı birmənalı qarşılanmayıb.