Skolkovskiy İntitutunun professoru Mixail Lebedev xəstələrin çiplə müalicə ediləcəyi barədə açıqlama verib.
O, yeni metodun 10 il ərzində tabletlərlə müalicə ilə rəqabətə keçəcəyini bildirib.
Bu farmakologiya ilə neyrofiziologiya metodları arasında da mübarizə yaradacaq.
"Dərman əvəzinə xəstənin müalicə olunan və ya problem olan nahiyəsinə nazik çip kimi implant yerləşdiriləcək. Bu təkcə beyində olmayacaq. İstənilən orqanı implantlaşdırmaq mümkündür. Çİp dərman əvəzinə təsir edəcək. Yaxın 5 ildə artıq bu metoda başlanılır. Burda heç bir kələk, fəsad ola bilməz. Bu çipləşdirmə insanların düşündüyü qorxulu kabuslardan deyil".
Bunun digər adı neyroprotezləşdirmə olacaq.
"Tutaq ki, xəstənin onurğa beynində travma var, biz çip vasitəsilə beyindən siqnalı alıb, zədələnmiş onurğa beynindən keçirərək, qol, ayaq əzələlərinə yönəldirik. Nəticədə iflic olmuş qol hərəkət edə biləcək" (medicina.az).