Fransanın Lill Universitetinin alimləri mobil telefondan istifadə edərək müstəqil şəkildə koronavirus testi aparmağa imkan verən cihaz icad ediblər.
Gent.az xəbər verir ki, sözügedən cihaz flaş kartı xatırladır. Alətə test burundan götürülən birdəfəlik yaxmadan qoyulur.
10 dəqiqədən sonra testin nəticəsi qrafik və rəqəmsal göstəricilərlə birlikdə telefonun ekranında nümayiş olunur.
Cihazın 90% virusu aşkar edə biləcəyi iddia olunur. Artıq o tam klinik sınaqlardan keçib.