İlk ərəb kosmik gəmisi Marsda!

Elm1 dəq oxu
İlk ərəb kosmik gəmisi Marsda!

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Avtomatik Planetlərarası Stansiyasının "Ümid" adı  verilən kosmik gəmisi Marsın orbitinə daxil olub. 

Bu barədə ölkənin Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzi “Twitter” səhifəsində məlumat yayıb. 

Bildirilib ki, "Ümid" buraxıldıqdan altı ay sonra, fevralın 9-da yerli vaxtla 19.42-də Marsın orbitinə çatıb. BƏƏ bunu bacaran 5-ci ölkə olub.

Aparat Yerdən Marsa təxminən 500 milyon kilometrlik məsafə qət edib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan