Yaponiyada maşinistsiz sərnişin qatarları hərəkətə başlayıb. Gent.az xəbər verir ki, Kyuşi adasında yerləşən Fukuoka şəhərində, adi dəmir yolu ilə hərəkət edən bu qatarlar yol kəsişmələrində işıqforda belə dayanır.
Məlumata görə, ilkin olaraq baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün qatarda maşinist də olacaq. Lakin sonradan bu qatarlar tam avtomat rejimə keçəcək. Elektrik qatarı təqribən 13 kilometr məsafəni qət edir və onun gündə 12 reys həyata keçirəcəyi qeyd edilir.
Bildirilir ki, belə qatarların tətbiqi ilk növbədə maşinistlərin çatışmaması ilə əlaqələndirilir. Bu qatarların gələcəkdə bütün Yaponiya ərazisində tətbiqi nəzərdə tutulur.
Namiq