Alimlər Yer kürəsindən kənarda mədəniyyətin varlığını sübut ediblər.
Bu barədə avstriyalı alimlər məlumat yayıb.
Məlumata görə, onlar bunu "Proxima Centauri" planetindən gələn siqnalla müəyyən ediblər.
İddialara görə, sözügedən planetdə su və hətta atmosfer belə var.
Rəsədxanaya daxil olan siqnal hələ ki, sadəcə bir dəfə qeyd edilib. Növbəti 26 saatda dinləmələr və nəzarət davam etsə də, sözügedən planetdən hansısa yeni səs eşidilməyib. Alimlərin sözlərinə görə, indiyədək heç bir planetdən belə radio siqnal almamış və səs eşitməmişdilər.
Bu planet ölçüsünə görə Yerdən 1,2 dəfə böyükdür. "Proxima Centauri" 2016-cı ildə kəşf edilib.
Qeyd edək ki, bu planet Yerə ən yaxın planetdir.