Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi “Rəqəmsal qrant” müsabiqəsi çərçivəsində Xəzər İntellektual Gənclər Klubunun təşəbbüsü ilə hazırlanmış
Tedris.az platforması ictimaiyyətə təqdim olunub.
Bu innovativ təşəbbüs, abituriyent gənclərin bilik və bacarıqlarının artırılmasına dəstək göstərməyi hədəfləyir.
Layihənin əsas məqsədi abituriyentlərin imtahanlara hazırlıq prosesini daha səmərəli və interaktiv şəkildə təşkil etmək, eyni zamanda onların intellektual inkişafına töhfə verməkdir.
İstifadəçilər Tedris.az saytına daxil olaraq qeydiyyatdan keçə və müxtəlif fənlər üzrə testlərə cavab verməklə nəticələrini izləyə bilərlər. Platforma mövcud tədris proqramına uyğun şəkildə hazırlanıb və internetə çıxışı olan istənilən yerdən rahat şəkildə istifadə oluna bilir.
Sayt əsas fəaliyyəti növbəti tədris ilində həyata keçiriləcəkdir. Bu mərhələdə platformaya əlavə funksiyalar və daha geniş tədris resurslarının inteqrasiyası nəzərdə tutulur.
Xəzər İntellektual Gənclər Klubu bu təşəbbüslə ölkəmizdə rəqəmsal təhsilin inkişafına, gənclərin öz potensiallarını reallaşdırmalarına və gələcək uğurlarına bir addım daha yaxınlaşmalarına şərait yaradır.
Ətraflı məlumat və qeydiyyat üçün: www.tedris.az