Sözsüz ki, həyatında ən çox və qeyri-adi suiqəsd görən siyasətçi Fidel Kastro olub.
Lakin təqdim etdiyimiz siyahı da geri qalmır.
1.Bədənin içində gizlədilmiş bomba
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Nayef ibn Əbdül-Əziz əl Səud (yaxınları üçün sadəcə Məhəmməd ibn Nayef) həyat boyunca bir neçə dəfə suiqəsdlə rastlaşıb.
Hər dəfəsində sağ qalmağı bacaran şahzadənin 2009-cu ilin avqustun 27 bəxti gətirmir. “Əl-Qaidə” terror təşkilatının üzvü olan məşhur yəmənli terrorçu Abdallah Həsən əl-Aziri onunla əlaqə saxlayaraq təslim olmaq və Yaxın Şərqin inkişafı naminə Səudiyyə Ərəbsitanı ilə əməkdaşlıq etmək istədiyini bildirir.
İlk növbədə öz antiterror fəaliyyətinə görə tanınan vəliəhd bu təklifi sevinclə qarşılayır. O, əl-Azirini öz Ciddədəki sarayına dəvət edir və hətta onun dalınca şəxsi təyyarəsini göndərir.
Əl-Aziri isə nankor qonaq çıxır: şahzadə ilə görüşən an o partlayıcı qurğunu işə salır. Maraqlıdır ki, həmin bombanı terrorçu anus dəliyindən öz bədəninə daxil edərək görüşə gəlir. Elə bu da Məhəmməd ibn Nayefin həyatını xilas edir. Əl-Azirinin bədənin partlayış gücünü zəiflədir və nəticədə şahzadənin sadəcə sol əlində iki barmağı zədələnir.
2.Dəyənək zərbəsi
Yunanıstanlı müxalifətçi Qriqoris Lambrakis qısa müddət ərzində seçicilər arasında böyük rəğbət qazanır. Həkim və yungül atletika idmançısı olan Lambrakis qatı pasifist idi və ABŞ hərbçilərinin Yunanıstandan çıxarılmasını tələb edirdi.
Lakin böyük rəğbətə baxmayaraq siyasətçinin düşmənləri də var idi. Ultrasağ ekstremistlər Spiros Qoçamanis və Emmanuel Emmanuelidis 1963-cü ilin mayın 22-də Salonikdə keçiriləcək etiraz aksiyası zamanı Lambrakisi öldürmək qərarına gəlirlər. Plan unikal idi: Lambarkisin çıxışı zamanı onlar siyasətçiyə yaxınlaşıb siyasətçiyə dəyənəklə zərbə endirib, sonra üçtəkərli motosikletlə qaçmalı idilər. Planın ilk hissəsi uğurla keçir.
Onlar insanların və polisin gözü qarşısında Qriqorisin başının arxa hissəsinə dəyənəklə zərbə endirə bilirlər. Lakin nəqliyyat vasitəsinin sürətinin aşağı olması səbəbindən onlar uzağa gedə bilmirlər. Təəsüf ki, endirilən zərbə ölümcül olur. 5 gündən sonra o aldığı zərbədən dünyasını dəyişir.
3. Qulağa sıxılan zəhər
HAMAS-ın liderlərndən biri olan fələstinli siyasətçi Xaled Maşalın həyatına sui-qəsd Mossadın ən uğuruz əməliyyatlarından biri sayılır.
1997-ci ildə İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə həyata keçirilən terror aktlarına cavab olaraq Maşalı öldürmək əmri verir.
Qısa zaman səbəbindən Mossadın agentləri əməliyyata lazımi səviyyədə hazırlaşa bilmirlər.
İordaniyanın paytaxtı Ammanda Maşala yaxınlaşan xəfiyyələr polis tərəfindən həbs edilir. HAMAS liderinin həyatını İordaniya kralı
Hüseyn ibn Talal xilas edir. O, əhbs edilən israillilərin buraxılması müqabilində İsraildən zəhərin antidotunu tələb edir.
4. Dİş pastasında gizlədilmiş zəhər
Dünyaca məşhur Konqo Demokratik Respublikasının ilk baş naziri Patris Lumumba 1961-ci ilin yanvar ayında belçikalı zabitlər tərəfindən qətlə yetirilir.
Lakin belçikalılardan öncə onu həmçinin MI6-nın xəfiyyələri də ləğv etmək istəyirdi. 40 ildən sonra baronessa Dafna Park etiraf edir ki, Lumumbanı aradan götürmək üçün bir neçə əməliyyat keçirilib. Onlardan birində Patris Lumumbanın diş pastası zəhərli maddə ilə əvəz edilmişdi. Lakin o zaman siyasətçi sağ qalmışdı.
5. Çətir sancması
Ən məşhur sui-qəsdlərdən biri bolqar yazıçı, siyasi xadim və dissident Georgi İvanov Markovla bağlıdır.
1978-ci ilin sentyabrın 7-də Londonda avtobus dayanacağının yanında keçən Markov qəflətən bədəninə çətirin sancıldığını hiss edir. Çətirin sahibi ondan üzr istəyərək süərtlə kütlənin içində yox olur. Bir gündən sonra bolqar yazıçı iti ağrılarla bağlı xəstəxanaya müraciət edir. Məlum olur ki, ağrıların səbəbi zəhərlənmədir. 3 gündən sonra isə Markov dünyasını dəyişir.
İllər keçdikdən sonra məlum olur ki, bu çətir formasında olan silahı KQB əməkdaşları Bolqarıstan hökümətinin xahişi ilə ixtira edib. Onun köməyi ilə cani (ehtimal edilir ki bu italiyalı Françesko Qullino olub) Markovun bədəninə güclü toksin olan ritsin kapsulası yerləşdirir.
Məhz bu sui-qəsdən sonra Pyer Rişarın baş rol aldığı məşhur fransız filmi çəkilir.