Hər kəs yaşlandıqca formanı qorumağın çətinliyini bilir, lakin 50 yaşlı bəzi şəxslərin də necə sağlam və gümrah göründüyü məlumdur. Deməli formada qalmaq sadəcə yaşdan asılı deyil. İdmanınıza 50 yaşınızdan sonra da davam edə, bədən quruluşunuzu qoruya bilərsiz. Bəs bunun üçün nələrə diqqət etmək lazımdır?
Beləliklə, 50 yaşdan sonra belə formada olmaq üçün sizə kömək edəcək addımları təqdim edirik:
1.Məqsədiniz nədir?
İşə bu sualı özünüzə verməklə başlayın. Bəlkə, siz sağlam həyat tərzinə uyğunlaşmaq istəyirsiz. Bəlkə də, məqsədiniz arıqlamaqdır. Stressdən qurtulmaq, neqativ fikirlərdən ayrılmaq və yeni insanlar tanımaq istəyiniz də ola bilər. İstəyinizi dəqiqləşdirsəniz, ilk addımı atmış olacaqsız.
2.Zehniyyətinizi dəyişdirin
İdmana 20 yaşlı gənc oğlan kimi yanaşmayın. Öz yaşınıza, bədənizə uyğun məşqlərə üstünlük verin. Özünüzə psixoloji təsir etməyin. Formada qalmaq istəyisizsə, qısamüddətli planlar qurmayın. Bu, uzun müddət tələb edir. Bütün bədəninizi işlədəcək hərəkətləri edin. Ağır hərəkətlərlə müqayisədə bu, sizə daha tez təsir edəcək. Məşqlərinizə vaxt məhdudiyyəti qoyun, həmin vaxt çərçivəsində idmanla məşğul olun. Yoqanı unutmayın. Hər yarım saatdan edəcəyiniz asan yoqa hərəkətləri sizə çox yaxşı təsir edəcək. Neqativ düşüncələrdən uzaq olun.
3.Məşqlərə gündə və həftədə nə qədər vaxt ayıracağınıza qərar verin
Bu, sizəgünlük və həftəlik planlamada da kömək edəcək. İdmanı həyatınızın bir parçasına çevirin. İşlərinizi bu məşğuliyyətinizlə də birləşdirə bilərsiz. Daha az vaxtda daha çox iş görmüş olacaqsız.
4.Əsl düşməninizi tanıyın
İstədiyiniz bədən quruluşunu saxlamaq üçün ən böyük təhlükə daxildən gəlir. 30 yaşdan başlayaraq hər 10 ildə əzələ öz kütləsinin 3-8 faizi itirər, amma bunun qarşısını müəyyən qədər almaq olar. Necə? Daxili güc yaradıb, onu qorumaqla. Həftəlik məşq proqramınıza güc məşqlərini də əlavə edin.
Belə halda qidanın da əhəmiyyətini unutmaq olmaz. İdman edərkən əzələlərinizi qorumaq üçün proteinə ehtiyacınız olacaq. Hər yeməkdə 35-40 qram protein tərkibli qidaların qəbulunə üstünlük verin. Günlük qidanızda meyvə və tərəvəzə üstünlük verin.
5.Sevdiyiniz idman hərəkətlərini edin
İdmana məcburiyyət kimi yox, əyləncə kimi yanaşın. Ən sevdiyiniz hərəkətləri seçin və onları sizin yaşınızda olan digər insanlarla edin. Xüsusilə də təmiz havada əyləncəli məşqlər etməyi unutmayın. Bu sadəcə bədəninizi deyil, zehniyyətinizi də işlədər. Bir gün məşq etmək istəməsəz, özünüzü buna məcbur etməyin. Əvəzinə hobbilərinizlə məşğul ola, yaxud sadəcə istirahət edə bilərsiz.