Kaledoniyalı alimlər 3 dəqiqəlik idman hərəkətlərinin gözlənilməz xeyrini, yəni erkən ölüm riskini azaltdığını aşkar ediblər.
Cebhe.info xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Tədqiqat işlərinin nəticəsinə görə, oturaq həyat tərzi keçirən insanlar mütləq hər saatdan bir üç dəqiqəlik idman hərəkətləri etməlidirlər.
"Fiziki aktivliyi artırmaq üçün isə 12 dəqiqə idman hərəkətləri etmək lazımdır", - deyə tədqiqatçılar bildirib.
"Hər gün 30 dəqiqə və ya həftədə 150 dəqiqə tövsiyə edilən normadır. Bu formula uzun və sağlam bir ömür yaşamağa kömək edəcək", - deyə mütəxəssis professor Sebastyan Çastin vurğulayıb.
Qeyd edək ki, Çastinin sözlərinə görə, bu tövsiyəyə əməl olunarsa, insan ömrü 30 faiz uzanmış olacaq.