Səhv № 1: Məşqdən sonra qızınma hərəkətlıri etməmək
Maraqlıdır ki, bir çox insan məşqdən sonra qızınma hərəkətləri etmir.
Lakin məşqdən sonra əzələləri dartmaq lazımdır ki, onlar daha elastik olsun və daha tez bərpa olaraq ağrımasın.
Həmçinin bu bədəndə böyüməyə, həmçinin əzələ kütləsinin böyüməsinə cavabdeh olan somatotropinin artmasına səbəb olur.
Təhlükə: Məşqin səmərəliliyi aşağı düşür
Səhv № 2: Yanlış tutunma
İstər velotrenajerdə, istər qaçış trekində, ştanqa və sair avadanlıqlarda məşq edərkən siz lazımi yerləri sıx şəkildən tutmalısınız. Ovucunuzun içi boş qalmamalıdır.
Təəsüf ki, məşqçisiz məşq edən bir çox insan bu qaydanı pozur.
Təhlükə: Oynaqların zədələnməsi
Səhv № 3: Ac qarına məşq
Əgər aclıq orqanizm üçün stressdirsə, yüklənmə zamanı aclıq – özünə qəsddir.
Mədənin boş olduğunu hiss edən orqanizm, məşq üçün çox enerji lazım olduğunu nəzərə alaraq ekonom-rejimdə yanacaq yandırmağa başlayır.
Başqa sözlə, ac qarına məşq edərkən lazımdan olduqca az kalori yandırırsınız. Bundan sonra qida qəbul edərkən isə orqanizm ehtiyata 20, yox ən azı 30% göndərəcək.
Təhlükə: Yığdığın əzələ yox, piy olur
Səhv № 4: Məşqdən öncə kofe və ya energetik
Artıq yüklənmiş ürəklə məşq etmək qəti qadağandır. Bu aksiomdur. Hamı bunu bilir, amma riayət etmir.
Təhlükə: Ürək-damar sistemi problemləri
Səhv № 5: Hər gün məşq etmək
Klassik rejim – idman zalını həftədə 3 dəfə ziyarət etməkdir. Hər gün məşq etmək mənasızdır, çünki orqanizmə bərpa olmaq və əzələni artırmaq üçün zaman lazımdır.
Təhlükə: Durğunluq (əzələnin artmaması), daimi yorğunluq hissi və ürək problemləri.