Kişi 75 ildən çoxdur bodibildinqlə məşğuldur. Bu müddət ərzində o, 60 yarışda iştirak edib və onlardan 16-da qalib gəlib.
Gent.az xəbər verir ki, bundan əlavə, o, dünyanın ən yaşlı kişi bodibilderi kimi Ginnesin Rekordlar Kitabına düşə bildi.
Arrinqton uzunömürlülüyünün sirrini qeyri-adi məşq və qidalanma rejimləri adlandırıb.
“Mən oturaq hərəkətlər edirəm və sonra dörd stəkan süd içirəm. Sonra yenə oturaq hərəkət edib və yenə dörd stəkan süd içirəm. Təxminən otuz yaşım olanda bunu 30 gün məşq etdim”.
Arrinqton hesab edir ki, yeni məqsədlərə nail olmaq istəyi onun aktiv qalmasına kömək edir. Onun əsas məqsədlərindən biri “Cənab Amerika” yarışmasında qalib olmaq idi. Lakin bodibilderin sözlərinə görə, o arzu edilən titulu almaq üçün düzgün genetikaya malik deyil.
Bodibilder etiraf edib ki, ondan ilham alan insanlar onu idmanı davam etdirməyə həvəsləndirir. O ümid edir ki, mümkün qədər çox yaşlı insanlar ondan nümunə götürəcək və idman zalına getməyə başlayacaqlar.(medicina.az)