54 yaşlı Ceniffer Eniston necə gənc qalır?
Hollivud ulduzu 54 yaşlı Cenifer Eniston fit və gənc görünüşü ilə hər zaman diqqət çəkir.

Aktrisa gənclik sirrini jurnalistlərlə bölüşüb.
Gent.az xəbər verir ki, o, üzünə balıq sperması sürtdüyünü bildirib. Bundan əlavə, aktrisa hər həftə üzünə peptit və vitaminlərdən ibarət iynə vurdurduğunu qeyd edib.
Kilo almamaq üçünsə pəhriz və fitness dəstəyi alır.(lent.az)







