Yayda idmanla mə.ğul olmaq daha asandır.
Çünki bu mövsüm daha güclü oluruq, əhvalımız əla olur, yorulanadək qaçmaq və əzələ yığmaq üçün motivasiya var. Lakin payız gəldikdə bütün motivasiyamız aşağı düşür, küləkdən, yağışdan və qardan qorunmaq üçün qapalı məkanlarda vaxt keçirməli oluruq.
Belə bir şəraitdə idman zalına qetmək bəlkə də kiminsə xoşuna gəlmir. Ona görə də sizə idman zalına getməyi əvəz edəcək məğuliyyətlərin siyahısını təqdim edirik:
Dağadırmaşma
Biz siz alpinist olub Elbrusu fəth etməyə çağırmırıq. Xüsusi stend vasitəsi ilə hər gün dağadırmaşma ilə məşğul ola bilərsiniz. Məşq zamanı kəndirlərlə sığortalandığınız üçün travma almaq riskiniz demək olar ki, sıfıra bərabərdir. Həmçinin bu cür məşqlərin təsirini elə ilk dəfədən hiss edəcəksiniz. Çünki dağadırmaşma zamanı sizin qarın, qol, ayaq və bel əzələləriniz işləyir. Ona görə də ilk məşqin sabahı bütün bədəninizin ağrımasına hazır olun.
Tennis
İntellektual idman növlərinə şahmatla birgə tennis də aid edilir. Burada gərək doğru strategiya seçəsən və rəqibin gedişlərini öncədən hesablayasan. Bundan əlavə kortun o yanından bu yanına qaçaraq raketlə topa vurmalısan. Bu idman növu orqanizmə və əzələlərə olduqca müsbət təsir göstərir. Düşünməyin ki tennis sizi tez bezdirəcək. Bir döşəmə növündə ustalaşdıqdan sonra, digərinə keçə bilərsən. Əmin olun ki, fərqi ilk andan hiss edəcəksiniz.
Boks
Bu idman növu həm kardio, həm də güc məşqləri kimi məşhurdur. Həmçinin boks sizə psixoterapevti ziyarət etməkdən qurtarır. Çünki hər yumruq endirdikcə siz stress atırısnız. Boksa keçməzdən əvvəl məşqçi sizi qızınma hərəkətləri etməyə məcbur edəcək. Bu sizə mürəkkəb gəlsə də, bədənu intensiv məşqlərə məhz belə hazırlamaq olar. İplə tullandıqda siz ayaqlarınızı inkişaf etdirir, zərbə endirdikdə isə əllərinizi gücləndirirsiniz. Və ən əsası, gücünüz artıqca özünüzə inam da artır. Bu isə ən vacib olan amildir.
Üzgüçülük
Heç kim sizi baterflay və krol tərzlərində üzməyə məcbur etmir. Yaxşı görünmək üçün sizə hovuza gedib istədiyiniz tərzdə üzmək yetərlidir. Su insanı rahatlaşdırır və yorğunluğu götürür, buna görə də hovuza işdən sonra getmək daha məsləhətlidir. Suda beş dəqiqə keçirdikdən sonra siz artıq başqa adam olursunuz. Gücünüz artır, ikinci nəfəsiniz açılır və əzələləriniz sərtləşir. Həmçinin üzgüçülük arıqlamağa, yuxusuzluqla və ürək-damar xəstəlikləri ilə mübarizədə kömək edir.
Rəqs
Bu arıqlamağın və yaxşı bədənə sahib olmağın ən məmnunluq gətirən yoludur. Saysız-hesabsız rəqs növləri var. Ortalama olaraq siz bir saat rəqs ərzində 500 kalori yandırırsız.
Bundan əlavə sizin plastikanız güclənir, bədənizi daha yaxşı idarə edirsiniz və rəqs etməyi öyrənirsiz.