Ermənistan hərbi əlillərinin sayını açıqladı
İkinci Qarabağ müharibəsində Ermənistanın 1000 hərbi qulluqçusu müxtəlif əlillik dərəcəsi alıb.

Bu barədə ölkənin əmək və sosial müdafiə naziri Mesrop Arakelyan parlamentdəki çıxışında məlumat verib.
Gent.az xəbər verir ki, onun sözlərinə görə, müharibənin gedişatında yaralanan hərbi qulluqçular hazırda tibbi-sosial ekspertizanın sonuncu mərhələsini keçirlər. O qeyd edib ki, ağır yaralanan təxminən 500 hərbçiyə 1 və 2-ci əlillik dərəcəsi verilib. Onlardan təxminən 150-si 1-ci dərəcəli əlildir.
Müharibə zamanı daha 500 nəfər yüngül xəsarətlər alıb və onlar 3-cü dərəcəli əlil sayılırlar.







