Rusiya ordusu Ukrayna ilə sərhədə yeridildi
Neçə gündür Rusiya mənbələri qatarlarla Ukrayna ilə sərhədə tərəf zirehli və digər hərbi texnikanın daşınmasına dair görüntülər yayır.

Bu qüvvələr hansısa təlim adı altında cəmləşdirilir.
Gent.az xəbər verir ki, Rusiya ordusu o cümlədən Krım körpüsü üzərindən yarımadaya böyük sayda hərbi qüvvə yeridib.
Ukrayna silahlı qüvvələrinin Baş komandanı, general Ruslan Xomçak bəyan edib ki, martın 30-na olan məlumata görə, ölkə sərhədləri boyu Rusiyanın 28 batalyon-taktiki qruplaması cəmləşdirilib və döyüşə tam hazır vəziyyətdə gözləyir.
“Daha 25 batalyon-taktiki qruplaşmasının gətirilməsi gözlənilir”,-general bildirib.







