Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiyası təqdim edilib.
Gent.az xəbər verir ki, “İstiqlal zirvəsi” adını daşıyan bu layihə azərbaycanlı və türk memar, dizayner və mühəndislər tərəfindən konsepsiya şəklində işlənib və təşəbbüs olaraq irəli sürülüb. Bakının seçilən yerlərindən birində yaradılacaq bu kompleks milli atributlarımızdan sayılan səkkizguşəli ulduz şəkilində, ultramüasir, çoxmərtəbəli bina kimi layihələndirilib. Kompleks ərazisinin dairəvi formada olması gələcəkdə 8 noyabr - Zəfər Günündə hərbi-zirehli texnikanın keçməsi və insanların bayram etməsi üçün nəzərdə tutulub. Layihənin özəlliyi ondadır ki, burada 3d və 7d sinema texnologiyalarından istifadə olunub.