Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi - PREZİDENTDƏN SƏRƏNCAM
Hərb1 dəq oxu

General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.
Bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.







