Ordumuzun leytenantı həlak oldu

Hərb1 dəq oxu
Ordumuzun leytenantı həlak oldu

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib.

Bu barədə Müdafiə Nazirliyindən bildiriblər. Hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub. Hadisənin səbəbləri araşdırılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan