Şuşa istiqamətində hərbçimiz şəhid olub? - Rəsmi

"İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır.
Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur.
Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq".







